Ucnoqta.az
www.ucnoqta.az

İƏT-in baş katibi İlham Əliyevi təbrik edib

19:04 - 12 Aprel 2018 tarixində dərc olunub.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə İƏT-in rəsmi saytında deyilir. Onun sözlərinə görə, aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezident seçkiləri bütün demokratik prinsiplər nəzərə alınmaqla şəffaf və sakit mühitdə keçdi. 
Müəllif: