Neftçalada beton plitə fəhlələrin üzərinə düşüb: 1 nəfər ölüb, 1 nəfər yaralanıb
23:15 - 28 Mart 2018 - Xəbər
Neftçala rayonunda istehsalatda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu gün saat 15:00 radələrində şəhərin Yalçın Hacıyev küçəsində aparılan söküntü işləri zamanı qaldırıcı kranın trosu qırılıb və beton plitə fəhlələrin üzərinə düşüb.
Plitənin yerə düşməsi nəticəsində orada çalışan fəhlələrdən biri, rayonun 7-ci məhəllə (köhnə Qoltuq kənd) sakini, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu hadisə yerində dünyasını dəyişib, Bankə qəsəbə sakini, 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.