Ucnoqta.az
www.ucnoqta.az

Neftçalada beton plitə fəhlələrin üzərinə düşüb: <font color=red><b>1 nəfər ölüb, 1 nəfər yaralanıb</b></font>

23:15 - 28 Mart 2018 tarixində dərc olunub.
Neftçala rayonunda istehsalatda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu gün saat 15:00 radələrində şəhərin Yalçın Hacıyev küçəsində aparılan söküntü işləri zamanı qaldırıcı kranın trosu qırılıb və beton plitə fəhlələrin üzərinə düşüb. Plitənin yerə düşməsi nəticəsində orada çalışan fəhlələrdən biri, rayonun 7-ci məhəllə (köhnə Qoltuq kənd) sakini, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu hadisə yerində dünyasını dəyişib, Bankə qəsəbə sakini, 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: