Pirallahıda dənizdə itkin düşən iki balıqçı axtarılır
12:35 - 12 Noyabr 2017 - Xəbər
Pirallahıda 2 balıqçı itkin düşüb.
FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Əlavə məlumat veriləcək.