ABŞ-nin 3500 əsgər daşıyan gəmisi Hind okeanına çatdı

13:59 - 31 Mart 2026 - DÜNYA

Təxminən 3500 dənizçi və dəniz piyadası daşıyan Amerika amfibiya hücum gəmisi USS Tripoli Hind okeanındadır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

Gəminin Hind okeanında olduğunu göstərən 29 mart tarixli bir fotoşəkil dərc edilib. Komandanlıq USS Tripolinin hazırda İran sahillərindən nə qədər uzaqda olduğunu dəqiqləşdirməyib.

28 martda CENTCOM desant hücum gəmisinin Mərkəzi Komandanlığın əməliyyat məsuliyyəti zonasına, əsasən Yaxın Şərqi əhatə edən əraziyə gəldiyini bildirib.

29 martda ABŞ prezidenti Donald Tramp ABŞ qüvvələrinin Xarq adasını ələ keçirməyə cəhd edəcəyi ehtimalını istisna etməyib.
26 martda Amerika portalı Axios, ABŞ rəsmilərinə və mənbələrinə istinadən, Pentaqonun İranla münaqişəni qızışdırmaq üçün Xarq, Larak və ya Əbu Musa adalarının ələ keçirilməsini əhatə edə biləcək dörd mümkün variant hazırladığını bildirib.

Xəbər xətti