Gəncədə iki avtomobil toqquşdu - xəsarət alanlar var

21:22 - 29 Mart 2026 - HADİSƏ

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan “VAZ 2107” və “BYD” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti