Fars körfəzinə əlavə ABŞ qoşunlarının yerləşdirilməsi Vaşinqtonun ABŞ-İsrail əməliyyatı ilə bağlı hər hansı yeni qərar qəbul etdiyi anlamına gəlmir.
Ucnoqta.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Levitt bunu müntəzəm mətbuat brifinqində bildirib.
"Pentaqonun işi baş komandanın əlində olan variantlardan maksimum dərəcədə istifadə etməkdir. Bu, hər hansı əlavə qərarlar qəbul etdiyi anlamına gəlmir", - deyə Ağ Evin sözçüsü İran yaxınlığında ABŞ qüvvələrinin artırılmasına toxunaraq əmin edib.
"O, Pentaqonun 30 gün əvvəl başlayan əməliyyatın məqsədlərinə çatmasını təmin etməyə diqqət yetirir. Və biz buna uğurla nail oluruq", - Levitt bildirib.