Ucnoqta.az
www.ucnoqta.az

Pirallahıda dənizdə itkin düşən iki balıqçı axtarılır

12:35 - 12 Noyabr 2017 tarixində dərc olunub.
Pirallahıda 2 balıqçı itkin düşüb.  FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.  Əlavə məlumat veriləcək.
Müəllif: