Metro stansiyalarının sayı 76-ya çatdırılacaq

13:06 - 8 Noyabr 2017 - Xəbər

2016-2017-ci ildə "Bakı Metropoliteni" QSC üçün 116 ədəd yeni vaqon alınıb.  Bunu metronun 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə qurumun İdarə Heyətinin sədri Zaur Hüseynov deyib.

O, həmçinin qeyd edib ki, gələcəkdə Bakı Metropolitenində 76 stansiya olacaq: "Perspektiv inkişaf strategiyasına əsasən, gələcəkdə metro 5 xəttən ibarət olacaq ki, onun 3-ü əsas, 2-si köməkçi xətt olacaq. Metronun stansiyalarının sayı 76-ya, xətlərin ümumi uzunluğu isə 120 km-ə çatdırılacaq".
Xatırladaq ki, hazırda Bakıda metro xətlərinin ümumi uzunluğu 36,63 km, stansiyaların sayı isə 25-dir.report

Xəbər xətti