Bakıda binada uçqun olub: ölən və yaralananlar var

16:42 - 12 Aprel 2017 - Xəbər

Bakıda Səbail rayon Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib.Uçqun hadisəsi zamanı ölən və yaralananların sayı açıqlanıb. Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.
2 nəfər isə hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. 
Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.

 

Xəbər xətti