Bu gün Azərbaycanın Milli Qəhrəmanı, aprel şəhidi Murad Mirzəyevin ad günüdür

11:31 - 31 Mart 2017 - Xəbər

Bu gün 2016-cı il aprel döyüşlərində şəhid olan Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyevin ad günüdür.
Murad Mirzəyev 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatıldı.
Murad Telman oğlu Mirzəyev də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Polkovnik-leytenant Murad Mirzəyev göstərdiyi igidliyə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb
Onun
 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

Xəbər xətti