Bakıda bir neçə gün durmadan yağan qarın əriməsi nəqliyyatın və piyadaların hərəkətində bir sıra çətinliklərin yaranmasına gətirib. Ucnoqta.az baku.ws-ə istinadən xəbər verir ki, paytaxtın bəzi küçələrində yaranan gölməçələr xüsusi ilə nəqliyyatın hətəkətinə maneə törədib. Qarın əriməsindən sonra daha bir acınacaqlı vəziyyət Bakının Badamdar qəsəbəsində yaranıb. Sözügedən ərazidə çəkilmiş kadrlar sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Badamdar qəsəbəsindən çəkilmiş kadrları sizə təqdim edirik.