Gəncə şəhər sakinindən narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhsəti qəsəbə sakini, əvvəllər məhkum olunmuş Füzuli Əliyevdən 137,6 qram tiryək, yaşadığı evə baxış zamanı 10 kiloqram 10 qram marixuana aşkar edilərək götürülüb.