DTX və polis Qəbələdə əməliyyat keçirib

13:03 - 3 Fevral 2017 - Xəbər

Dövlət Təhlükəsizlyi Nazirliyi (DTX) və polis Qəbələdə birgə əməliyyat keçirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qəbələ RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Bum qəsəbə sakinləri Gülsurə Əliyevanın, Mahir Musayevin və Əfqan Aslanovun evlərindən ümumilikdə dini təyinatlı 92 ədəd kitab, 13 ədəd jurnal, 4 ədəd qeyd dəftəri, 51 ədəd CD və DVD disklər, 5 ədəd yaddaş kartı, eyni zamanda, 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Xəbər xətti