“Turan Tovuz” avrokuboka buraxılmadı - QƏRAR VERİLDİ

00:30 - 16 İyun 2026 - İDMAN

İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz”un müraciəti ilə bağlı qərarını açıqlayıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Qurum UEFA Apelyasiya Orqanının klub haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb. 15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazanan “Turan Tovuz” UEFA Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcək.

Beləliklə, bu qərardan sonra 2026/27 mövsümündə “Neftçi” Azərbaycanı UEFA Konfrans Liqasının 2-ci, “Zirə” isə 1-ci mərhələsində təmsil edəcək.///qol.az

Xəbər xətti