ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yeni söhbətini çox yaxşı adlandırdı və Moskvanın Ukraynada sülhə açıq olduğunu bildirdi.
Ucnoqta.az xəbər verir ki, eyni zamanda, Amerika lideri prezident Volodimir Zelenskinin də nizamlanmaya açıq olduğunu bildirdi.
"Dünən Zelenski və Putinlə çox yaxşı söhbətimiz oldu. Və görürəm ki, bir şey edə bilərik. Həqiqətən də bu ehtimalı görürəm. Düşünürəm ki, hər ikisi buna açıqdır", - deyə Amerika lideri jurnalistlərə bildirib.