Bir sərnişin 11.000 metr hündürlükdə təyyarənin xidməti qapısını tualetlə səhv salaraq açmağa çalışıb.
Ucnoqta.az Baza-ya istinadən xəbər verir ki, hadisə Moskvadan Naxçıvana uçan "Utair" reysində baş verib. Xəzər dənizi üzərindən uçarkən sərnişinlərdən biri qəfildən xidməti qapını açmağa başlayıb. Təyyarədə siqnalizasiya işə düşüb. Stüardessalar salonun təzyiqi düşməzdən əvvəl inadkar qadını saxlaya biliblər.
Daha sonra məlum olub ki, qadın tualet axtarırmış, qapını səhv salıb və az qala "səhv" qapıya girəcəkmiş.
Lakin təyyarə təyinat yerinə çatmayıb. Naxçıvan hava limanı pis hava şəraiti səbəbindən bağlanıb, ona görə də Gəncə hava limanına enmək məcburiyyətində qalıb.