ABŞ-da paraşütçüləri daşıyan təyyarə qəzaya uğrayıb

22:53 - 14 İyun 2026 - DÜNYA

Paraşütçüləri daşıyan təyyarə ABŞ-ın Missuri ştatının Butler şəhəri yaxınlığında qəzaya uğrayıb, 12 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, Fox News-un yerli filialı məlumat yayıb.

Xəbər agentliyinin məlumatına görə, qəza 14 iyun səhəri baş verib. Yerli hava limanından havaya qalxdıqdan sonra 11 paraşütçü və bir pilotu daşıyan təyyarə qəfildən istiqamətini dəyişərək magistral yolun yaxınlığında qəzaya uğrayıb. Göyərtədəkilərin hamısı həlak olub.

Qəzanın səbəbi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Xəbər xətti