Əgər Tehran ABŞ ilə danışıqları davam etdirmək niyyətindədirsə, "Hizbullah"ı İsrailə hücumları dayandırmağa çağırmalıdır.
Ucnoqta.az xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset bunu CBS News-a verdiyi müsahibədə bildirib.
"Danışıqlar tam olaraq mənim sahəm deyil, amma düşünürəm ki, bu danışıqlar davam edəcək. Əgər İran bunun baş verməsini istəyirsə, mütləq Hizbullahı geri çəkilməyə məcbur etməlidir", - deyə o, bildirib.