Bu həftə İran nümayəndələri sülh sazişinin son layihəsini Qətər vasitəçiləri vasitəsilə ABŞ-a təqdim ediblər.
Ucnoqta.az bildirir ki, bu barədə Amerikanın CNN televiziya şəbəkəsi mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Qətər İran nümayəndələri ilə görüşlər zamanı sənəddə qalan bir neçə problemli məqamın, o cümlədən gələcək nüvə danışıqları prosedurunun və İslam Respublikasına qarşı sanksiyaların yumşaldılmasının həllinə kömək edib.