Hərbi təyyarə Hindistanda qəzaya uğrayıb

12:30 - 13 İyun 2026 - Xəbər

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 hərbi nəqliyyat təyyarəsi Hindistanın şimal-şərqindəki Assam əyalətindəki Corhat hava bazasına eniş edərkən qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat verib.

Ölüm və ya yaralı sayı barədə hələlik məlumat verilməyib. Xilasetmə qrupları hadisə yerində işləyir.

Hindistan Hərbi Hava Qüvvələri qəzanın səbəbini müəyyən etmək üçün xüsusi istintaq komissiyasının yaradılacağını açıqlayıb.

Xəbər xətti