Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Çonqun hava hücumundan müdafiə raket sistemlərini və onlar üçün tutucu raketləri götürmək üçün Cənubi Koreyaya C-17 nəqliyyat təyyarəsi göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat verib.
C-17 təyyarələri 12 iyunda Daequ hava limanında müşahidə edilib. Agentliyin məlumatına görə, ümumilikdə səkkiz belə uçuş planlaşdırılır.
Çonqun sistemləri 40 km-ə qədər yüksəkliklərdə hava hədəflərini tutmaq üçün nəzərdə tutulub.