Rusiyada 200 illik Müqəddəs Nikolay kilsəsi yanır

11:22 - 11 İyun 2026 - HADİSƏ

Rusiyanın Stavropol diyarında 200 illik Müqəddəs Nikolay kilsəsində yanğın baş verib.

Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, yanğın 300 kvadrat metr ərazini əhatə edir. Hadisə yerində səkkiz yanğınsöndürmə briqadası var. Hadisə yerinə əlavə qüvvələr Qafqaz Mineral Suları bölgəsindəki şəhərlərdən göndərilib.

Yanğın baş verən Yessentukidəki Müqəddəs Nikolay kilsəsi 2026-cı ildə 200 illik yubileyini qeyd edib.

Xəbər xətti