Türkiyə ilə Ermənistan arasında əhəmiyyətli irəliləyişlər əldə edilib - Fidan

17:18 - 8 İyun 2026 - DÜNYA

Türkiyənin xarici işlər naziri Hakan Fidan son dörd ildə Ankara ilə Yerevan arasında münasibətlərin normallaşdırılmasında əhəmiyyətli irəliləyişlər əldə edildiyini bildirdi.

Ucnoqta.az xəbər verir ki, o, bu açıqlamanı Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda keçirilən 10-cu üçtərəfli görüşündən sonra verib.

"Ermənistanla münasibətlərin normallaşdırılması prosesi eyni ruhda və Azərbaycanla sıx əlaqələndirmədə davam edir. Son dörd ildə əhəmiyyətli irəliləyişlər əldə edilib. Bizim fikrimizcə, Cənubi Qafqaz üçün əsas fürsət və məqsəd aşağıdakılardır: sülhün təməlləri möhkəmləndikcə nəqliyyat infrastrukturunun inkişafı layihələri daha da əhəmiyyətli nəticələr verəcək. Nəqliyyat infrastrukturu möhkəmləndikcə, sülhün sosial-iqtisadi təməli də öz növbəsində möhkəmlənəcək", - deyə Fidan bildirib.

 

Xəbər xətti