Şirvanda usta hündürlükdən yıxılaraq ölüb

16:23 - 8 İyun 2026 - HADİSƏ

Şirvanda 28 yaşlı usta hündürlükdən yıxılaraq ölüb

Ucnoqta.az xəbər verir ki, hadisə Şirvan şəhərində fərdi yaşayış evlərindən birində dam örtüyünü təmir edən zaman baş verib. Həmin evdə usta kimi çalışan Şirvan sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəsulov damdan yıxılaraq ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti