Yollarda tıxac var - Siyahı

18:24 - 4 İyun 2026 - AVTO

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət: 

 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 3. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 8. Babək prospekti, mərkəz istiqamətində;

 9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

 10. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

 11. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

 12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 13. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 14. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 15. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti