Amerikalı aktyor Leonardo DiKaprionun sevgilisi, italyan model Vittoria Ceretti Harper's Bazaar jurnalının fransız versiyası üçün poza verib.
Ucnoqta.az xəbər verir ki, şəkil NILM prodüser studiyasının İnstaqram səhifəsində dərc edilib.
51 yaşlı aktyorun 27 yaşlı sevgilisi fotolarda açıq-saçıq geyimlərdə görünür. O, ayaqları açıq, yalnız alt paltarı və qalın metal boyunbağı taxmış, üstsüz vəziyyətdə təsvir olunub.
Ceretti həmçinin qırmızı saçaqlı çəkmələr geyinərək çılpaq poza verib. Şəkillər moda fotoqrafı Mark Kin tərəfindən çəkilib.
May ayında Vittoria Ceretti amerikalı milyarder Jeff Bezos tərəfindən təşkil edilən məclisə yarıçılpaq qatılıb.