Putinlə 200 telefon danışığımız olub - Paşinyan

12:15 - 20 May 2026 - DÜNYA

Seçki kampaniyası zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibətləri qurduğunu və Rusiyanın lazımi hörmətlə yanaşmalı olduğu supergüc olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, o, Vladimir Putinlə isti, mehriban münasibətlər qurduğunu vurğulayıb.

"Düzünü desəm, Rusiya ilə münasibətlərimizdə heç bir kəskin tədbir görməyəcəyik. Rusiya prezidenti ilə sözün əsl mənasında dostluq münasibətlərim var. Şübhə edirəm ki, 2018-ci ildən bu günə qədər Rusiya prezidenti başqa bir liderlə daha çox əlaqə saxlayardı; təxminən 200 telefon danışığımız olub. Ümumilikdə, Rusiya ilə münasibətlərimiz çox istidir", - deyə o bildirib.

Xəbər xətti