WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilir.
Ucnoqta.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Global South NGO Platformnin tərəfdaşlığı ilə World Urban Forum 13 çərçivəsində tarixdə ilk dəfə olaraq “WUF13 NGO Forum”u keçirilir.
Bu mühüm təşəbbüs vətəndaş cəmiyyətinin qlobal urbanizasiya proseslərində rolunun gücləndirilməsi, qeyri-hökumət təşkilatları arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dayanıqlı şəhər inkişafı sahəsində yeni platformaların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Forum çərçivəsində müxtəlif ölkələrdən gələn qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər, şəhərsalma və sosial inkişaf üzrə mütəxəssislər bir araya gələrək müasir urban çağırışları, iqlim dəyişiklikləri, sosial inklüzivlik, ekoloji dayanıqlılıq və insan yönümlü şəhər modelləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.