ABŞ İrana yenidən hücum edərsə, ... - SEPAH hədələdi

11:58 - 20 May 2026 - DÜNYA

ABŞ İrana yenidən hücum edərsə, döyüşlər regiondan kənara yayılacaq.

Ucnoqta.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) bildirib ki, ABŞ və İsrail İslam Respublikasına yenidən hücum edərsə, döyüş zonası Yaxın Şərqdən kənara çıxacaq.

"İrana qarşı təcavüz təkrarlanarsa, xəbərdarlıq edilən regional müharibə bu dəfə regiondan çox kənara yayılacaq və təsəvvür edə bilməyəcəyiniz yerlərdə sarsıdıcı zərbələrimiz sizə sarsıdıcı məğlubiyyət gətirəcək", - Fars xəbər agentliyi bəyanatdan bir hissəni sitat gətirib.

İİKK qeyd edib ki, əvvəlki silahlı toqquşmalar zamanı İran Silahlı Qüvvələri öz potensialından tam istifadə etməyib.

Xəbər xətti