Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Bərəkə" Atom Elektrik Stansiyasına birbaşa zərbə kütləvi radioaktiv material yayılmasına və yüzlərlə kilometr əhalinin təxliyəsini tələb edə bilər.
Ucnota.az xəbər verir ki, bu, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi tərəfindən obyektə edilən hücumla bağlı BMT Təhlükəsizlik Şurasının iclasında vurğulayıb.
"Tamamilə aydın olmaq istəyirəm: Bərəkə Atom Elektrik Stansiyasına hücum halında, birbaşa zərbə ətraf mühitə çox böyük miqdarda radiasiya yayılmasına səbəb ola bilər", - deyə o bildirib.
BAEA rəhbərinin sözlərinə görə, stansiyanın elektrik xətlərini sıradan çıxaran zərbə reaktor nüvəsinin əriməsi riskini artıra bilər.
"Ən pis ssenaridə hər iki ssenari əhalinin təxliyəsi və sığınacağı kimi qoruyucu tədbirləri, eləcə də bir neçə kilometrdən 700 kilometrə qədər məsafələrdə sabit yodun istifadəsini tələb edəcək. 700 kilometrə qədər məsafələrdə radiasiya monitorinqi tələb olunacaq və qida məhdudiyyətləri də zəruri ola bilər", - deyə o qeyd edib.
Qrossi dinc nüvə obyektlərinə hücumların qəbuledilməz olduğunu vurğulayıb.
O, həmçinin bildirib ki, BAEA zəruri hallarda BƏƏ-yə nüvə təhlükəsizliyi üzrə mütəxəssislər göndərməyə hazırdır və agentliyin Vyanadakı Hadisə və Təcili Yardım Mərkəzi vəziyyəti 24/7 izləyir və ölkə rəhbərliyi ilə daimi əlaqə saxlayır.