ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens İranla silahlı münaqişənin ABŞ üçün daha bir "əbədi müharibəyə" çevrilməyəcəyinə söz verdi.
Ucnoqta.az xəbər verir ki, o, Ağ Evdə keçirilən mətbuat konfransında İrana qarşı hərbi əməliyyatların müddəti ilə bağlı şərh verərək əmin etdi ki, bu, əbədi davam edəcək bir şey olmayacaq. "Siz deyirsiniz ki, 11 həftədir davam edir. Lakin bunun əhəmiyyətli bir hissəsi atəşkəs olub. Bu, əbədi müharibə deyil. Biz işimizi görüb evə gedəcəyik. Prezident vəd etdiyi budur. Və o, məhz bunu edəcək", Vens bildirib.
Eyni zamanda, o, bir çox amerikalıların, xüsusən də onun nəslindən olanların "əbədi, sonsuz münaqişələrdən narahat olduqlarını" etiraf etdi.