ABŞ ABŞ-Kanada Daimi Birgə Müdafiə Şurasının fəaliyyətini dayandırmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirinin Siyasi Məsələlər üzrə müavini Elbric Kolbi X-də yazıb:
"Kanada müdafiə öhdəlikləri üzrə etibarlı irəliləyiş əldə edə bilməyib. Buna görə də, ABŞ Müdafiə Nazirliyi Daimi Birgə Müdafiə Şurasının işini dayandırır".
"Artıq ritorika ilə reallıq arasında boşluq yarada bilmərik", Kolbi vurğulayıb.