İran hakimiyyəti Vaşinqton Tehranın beş şərtini yerinə yetirənə qədər münaqişənin həlli üçün ABŞ ilə danışıqları bərpa etməyəcək.
Ucnoqta.az bildirir ki, bu barədə Fars xəbər agentliyi mənbəyə istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, şərtlər aşağıdakılardır:
xüsusilə Livanda bütün cəbhələrdə müharibənin dayandırılması;
İran əleyhinə sanksiyaların ləğvi;
dondurulmuş İran aktivlərinin azad edilməsi;
müharibənin vurduğu zərərin ödənilməsi;
Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınması.
Mənbə qeyd edib ki, bu şərtlər yalnız minimum etimad səviyyəsinin yaradılması və danışıqlar prosesinə qayıtmaq üçün qoyulub.
Mənbə həmçinin izah edib ki, İran Pakistan vasitəçisinə atəşkəs elan edildikdən sonra Ərəbistan dənizində və Oman körfəzində dəniz blokadasının davam etdirilməsinin ABŞ ilə danışıqlarda etimadsızlığı daha da artırdığını çatdırıb.