Paytaxt sakinlərindən biri polisə müraciət edərək ona məxsus bank kartının oğurlandığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Nağıyev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin bank kartını ələ keçirəndən sonra paytaxt ərazisində yerləşən geyim mağazalarından birində 576 manatlıq alış-veriş də edib.
Araşdırma aparılır.