"Mənim üçün bu futbol deyil"

09:25 - 30 Aprel 2026 - İDMAN

Portuqaliyalı "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Liqasının təşkilatçılığını və liqa haqqında mənfi şərhlər verən bəzi futbolçuları tənqid edib.

Ucnoqta.az xəbər verir ki, ulduz futbolçunun sözlərini Record yayıb.

"Mövsümün sonunda öz fikrimi bildirəcəyəm, çünki çox pis şeylər görürəm. Dünyanın ən yaxşı liqalarından biri adı uğrunda onlarla rəqabət aparmaq istəyiriksə, təkcə burada deyil, həm də Avropada nümunə göstərməliyik. Düşünürəm ki, bunu dayandırmalı, vəziyyəti təhlil etməli və Səudiyyə Liqası ilə danışmalıyıq, çünki mənim üçün bu artıq futbol deyil", - deyə o bildirib.

Xəbər xətti