Netanyahu Trampla İran məsələsində tam əməkdaşlıq edir

19:45 - 24 Aprel 2026 - DÜNYA

ABŞ prezidenti Donald Trampla danışdıqdan sonra İsrailin Baş naziri Benyamin Netanyahu İran məsələsində ABŞ prezidenti ilə "tam əməkdaşlıq etdiyini" bəyan etdi.

Ucnoqta.az xəbər verir ki, Netanyahu öz ofisi tərəfindən xalqa video müraciətində bildirib.
"İrana gəldikdə, Trampla əla söhbətim oldu. O, həm iqtisadi, həm də hərbi baxımdan İrana çox güclü təzyiq göstərir. Biz tam əməkdaşlıq edirik", - Baş nazir deyib.

Xəbər xətti