Yasamalda DYP avtomobili avtobus yolunu kəsdi - FOTO

14:01 - 22 Aprel 2026 - AVTO

Yasamal rayonunda yol patrul xidməti avtomobilinin avtobus dayanacağında dayanması narazılığa səbəb olub. Hadisə Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, ərazidə xidmət aparan BMW markal 10YP337 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili dayanma-durma qaydalarını pozur, avtobusların hərəkətinə maneə törədir. Belə ki, yollarda hərəkətin təhülkəsizliyinə cavabdeh olan YPX avtomobili avtobus dayanacağında saxlanıldığı üçün həmin əraziyə daxil olmaq istəyən müntəzəm marşrut avtobuslarının hərəkətində çətinlik yaranıb. Nəticədə ictimai nəqliyyat vasitələrinin sərnişin götürüb-düşürməsi prosesinə maneə meydana gəlib. Həmçinin, avtobusların yolun hərəkət hissəsinin ikinci zolağında dayanması digər avtomobillər üçün çətinlik yaradır.

Qeyd edək ki, qüvvədə olan yol hərəkəti qaydalarına əsasən, avtobus dayanacaqlarında nəqliyyat vasitələrinin dayanması və durması məhdudlaşdırılır. Xidməti zərurət yarandığı hallarda xüsusi təyinatlı avtomobillər üçün müəyyən istisnalar tətbiq olunsa da, bu zaman digər hərəkət iştirakçılarına maneə yaradılmaması əsas şərtlərdən sayılır.

Hadisə ilə bağlı vətəndaşlar aidiyyəti qurumların məsələni araşdırmasını və belə halların təkrarlanmaması üçün tədbir görülməsini istəyirlər.


Xəbər xətti