Tramp İranın cavabını gözləyir - Ağ Ev

23:50 - 22 Aprel 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp İranla danışıqlarda qırmızı xətlərini açıq şəkildə göstərərək zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edib və indi Tehranın cavabını gözləyir.

Ucnoqta.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Livitt bunu Fox News-a verdiyi müsahibədə bildirib.

"İran heç vaxt ABŞ-ı və müttəfiqlərimizi təhdid etmək üçün nüvə bombası əldə edə bilməyəcək və onlar sahib olduqları zənginləşdirilmiş uranı təhvil verməlidirlər. "Gecəyarısı Çəkic" əməliyyatının uğuruna görə, prezident üçün bu zənginləşdirilmiş uranı təhvil vermələri vacibdir. O, bunu açıq şəkildə bildirib və indi biz İran rejiminin cavabını gözləyirik", - Livitt deyib.

Xəbər xətti