ABŞ administrasiyası növbəti maliyyə ilində Pentaqon vasitəsilə Tayvana 2 milyard dollar hərbi yardım ayırmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu ABŞ Müdafiə Nazirliyinin 2027-ci maliyyə ili üçün dərc olunmuş büdcə layihəsinə əlavə edilmiş arxiv sənədlərində qeyd olunub.
Növbəti maliyyə ilində adminstrasiya ABŞ Konqresindən "Tayvana dəstək" üçün 2 milyard dollar tələb edir.
Bu məbləğin 1 milyard dollarının Tayvanın özünümüdafiə qabiliyyətlərini" gücləndirmək üçün ayrılacağı gözlənilir. Daha 1 milyard dolların əvvəllər təmin edilmiş ABŞ silahlarının əvəz edilməsi üçün nəzərdə tutulub.