Gəncədə kişi həyat yoldaşına küt ailətlə xəsarət yetirib.
Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1985-ci il təvəllüdlü S.Cəfərova bədənin müxtəlif nahiyələrindən açıq yaralarla xəstəxanaya yerləşdirilib. Xəsarət alan qadına dərhal tibbi yardım göstərilib, vəziyyətinin hazırda kafi olduğu bildirilir. İlkin məlumata əsasən, qadına xəsarətləri həyat yoldaşı balta ilə yetirib. Hadisənin məişət zəminində baş veridiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.