Ucnoqta.az
www.ucnoqta.az

Kuril adalarında 4,9 bal gücündə zəlzələ olub

06:46 - 16 Aprel 2026 tarixində dərc olunub.

Mütəxəssislər Şimali Kuril adaları yaxınlığında 4,9 bal gücündə zəlzələ qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.

Xidmətin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 12:20-də 15 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin gücü 4,9 bal olub.

Müəllif: Ucnoqta.az redaksiyası