NATO, Cənubi Koreya və Yaponiya ABŞ-a lazım olanda kömək etmir - Tramp

18:47 - 12 Aprel 2026 - DÜNYA

ABŞ-nin NATO müttəfiqləri, eləcə də Cənubi Koreya və Yaponiya Vaşinqtona lazım olanda kömək etmir.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə bildirib.
"Məni ən çox təəccübləndirən şeylərdən biri də boğazın Yaponiya üçün vacib olmasına baxmayaraq - neftinin 93%-ni oradan, Cənubi Koreya isə neftinin 45%-ni əldə etsə də - bizə kömək etməməsidir", - deyə o, qeyd edib.

"Biz NATO-dan kömək istəyirdik, amma onlar bizə kömək etmirlər", - deyə Amerika prezidenti də təəssüflə bildirib.

Xəbər xətti