İran qüvvələri ABŞ-nin "USS Tripoli" desant hücum gəmisini (LHA-7) vuraraq Fars körfəzinin cənub sularına çəkilməyə məcbur edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) mətbuat xidməti məlumat verib.
Bildirilir ki, göyərtəsində 5000-dən çox dənizçi və dəniz piyadasının olduğu ABŞ ordusunun LHA-7 hücum gəmisi sürətli və ildırım zərbələrinə məruz qalıb.
Qeyd olunur ki, daha sonra o, cənubi Hind okeanının dərinliklərinə çəkilməyə məcbur edilib.