Əliyar Ağayev "Turan Tovuz" - "Zirə" oyununda səhv qərarlar verib - AÇIQLAMA

15:01 - 6 Aprel 2026 - İDMAN

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən "Turan Tovuz" - "Zirə" oyununda mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.

Ucnoqta.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sədr FIFA referisi Əliyar Ağayevin iki epizodda səhv qərar verdiyini təsdiqləyib.

R.Həsənov "Qarabağ" - "Sabah" görüşündə Rauf Cabarovun doğru qərarlar verdiyini vurğulayıb.

Xatırladaq ki, "Zirə" "Turan Tovuz"u iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Sabah" matçında qalib müəyyənləşməyib - 2:2. Cavab görüşləri aprelin 21-22 apreldə olacaq.

Xəbər xətti