İsrail ordusu İranda neft-kimya kompleksinə zərbələr endirib

22:30 - 4 Aprel 2026 - DÜNYA

İsrail ordusu İranın cənub-qərbindəki Mahşəhr rayonunda neft-kimya kompleksinə zərbə endirdiyini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri bu barədə məlumat yayıb. 

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri partlayıcı maddələr, ballistik raketlər və digər silahların istehsalı üçün iki mərkəzi zavoddan birinin yerləşdiyi müəssisəyə zərbə endirib. Bildirilir ki, bura ballistik raketlər üçün vacib komponentlərin əsas istehsal sahələrindən biridir.

Xəbər xətti