Zori Balayan öldü
Ucnoqta.az xəbər verir ki, erməni yazıçısı Zori Balayan 92 yaşında vəfat edib.
Onun ölümü barədə oğlu Hayk Balayan sosial şəbəkədə yazıb.
Z.Balayan Azərbaycana qarşı separatçı hərəkatın təşəbbüskarlarından və ermənilərin bədnam “Miatsum” (“birləşmə”) şüarının müəlliflərindən biridir.
O, həmçinin, Xocalı soyqırımının təşəbbüskarlarındandır.