Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli və nəzakətli olmalı olduğu fikrini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BelTA xəbər agentliyi məlumat yayıb.
Belarus lideri KTMT-nin baş katibi Taalətbek Masadikovla görüşdə bildirib ki, Ermənistanla münasibətlərimizdə daha nəzakətli və diqqətli olmalıyıq. Lukaşenko qeyd edib ki, Ermənistan KTMT-də işləməyi dəstəkləmir, amma eyni zamanda üzv olaraq qalır.
"Biz çox nəzakətli olmalıyıq. Ermənistan bu baxımdan, xüsusən də seçki dövründə çətin vəziyyətdədir. Çox çətin bir vəziyyətdir. Buna görə də Ermənistanla münasibətlərimizdə çox diqqətli və ehtiyatlı olmalıyıq".