Azərbaycan kubokunda 1/2 finalın ilk oyunlarının hakim təyinatları açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, "Turan Tovuz" - "Zirə" matçı FİFA referisi Əliyar Ağayevə, "Qarabağ" - "Sabah" oyunu isə Rauf Cabbarova tapşırılıb.
Qeyd edək ki, Rauf Cabarov 25-ci turun “Kəpəz” – “Qarabağ” görüşündə VAR hakimi olmuşdu. Qarşılaşma "Kəpəz"in minimal hesablı qələbəsi ilə yekunklaşmışdı (1:0).
Oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Cabarovla bağlı narazılıq etmişdi.
Belə ki, hakim Ağdam klubunun penalti epizodunu qeydə almamışdı