Abşeronda su verilişi bərpa olunur

18:43 - 1 Aprel 2026 - Xəbər

Abşeron rayonunun ərazilərində içməli su təminatı bərpa olunmaqdadır. 

Ucnoqta.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb. Bildirilib ki, aylıq normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışlar səbəbindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən irihəcmli nasos stansiyasının iş prinsipində problem yaranmışdı. ADSEA-nın və digər dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində hazırda nasos stansiyanın bərpası istiqamətində işlər davam etdirilir. Nasosların bir neçəsi artıq işlək vəziyyətə gətirilib. Hazırda rayonun bütün ərazilərinə içməli su verilir. Stansiyanın fəaliyyəti tam bərpa olunduqdan sonra su təminatında əvvəlki qrafik rejimin tətbiqi təmin olunacaq. 

Nasos stansiyanın fəaliyyətindəki problem səbəbindən bəzi ərazilərin yağış sularından təmizlənməsi prosesində çətinliklər var. Buna baxmayaraq, Agentliyin tabeli qurumlarının əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Xəbər xətti